Online konsultasiya

Online konsultasiya

Bu bölmədə istənilən psixoloqu seçməklə online konsultasiyaya daxil olub, probleminizlə bağlı effektiv həll üsullarını öyrənə bilərsiniz. Psixoloqu seçmək üçün, siz onun haqqında informasiyanı qeyd edilən bölmədən oxuyub və qeydiyyatdan keçdikdən sonra vaxt təyin edib, seçdiyiniz psixoloqla konsultasiyaya daxil ola bilərsiniz. Əgər siz psixoloqla konsultasiyanı əyani olaraq davam etdirmək istəyirsinizsə, o zaman  mütəxəssisin səhifəsində olan koordinatlara daxil olaraq, əyani yardım ala bilərsiniz. Əgər sizin kompüterinizdə Skype proqramı qurulmamışdırsa, siz buradan  yükləyə bilərsiniz.

Skype vasitəsilə online konsutasiya hansı hallarda müvafiqdir?

Online konsultasiya bütün hadisələrdə; psixoloji yardım almaq istədikdə, əyani psixoloji yardım əlçatmaz olduqda məqsədəuyğundur. Məsələn: Siz elə bir ərazidə yaşayırsınız ki, orada əyani psixoloji yardım qeyri-mümkündür və ya hansısa səbəblərdən psixoloji mərkəzə gedə bilmirsiniz.

Bir sözlə, skype vasitəsilə istənilən yerdə, istənilən zaman psixoloji yardımdan faydalana bilərsiniz. Müəyyən insanlar müxtəlif səbəblərdən psixoloji yardımın konfidensionallığına ehtiyat edir. Lakin konsultasiya məxfiliyin daha yüksək formada təmin olunmasına zəmanət verir. Skype üzrə psixoloqla ünsiyyətdə rutin qaydalara əməl olunduğundan vaxta qənaət olunur.