MENECMENT PROQRAMI
Məqsəd: Rəhbərlərin, menecerlərin psixoloji hazırlığı.
İdarəetmə və Rəhbərlik:
- Rəhbərlik – rəhbərin tabeçiliyində olan insanların işə yönəltmə potensialını göstərir - psixoloji keyfiyyətlər tələb edir (xasiyyət əsasında formalaşır).
- İdarəetmə - işləri planlı şəkildə təşkil edib, məqsədə çatmaq üçün xüsusi ardıcıllığın (alqoritmin) saxlanılmasını təmin edə bilmək potensialını göstərir – peşəkar keyfiyyətlər tələb edir (təcrübə ilə artır).
Rəhbərlik üsulları:
- Avtoritar
- Demokratik
- Passiv
- Emosional
İdarəetmə üsulları:
- Mərkəzləşdirilmiş
- Peşəkar
- Müstəqil
Rəhbərlik alqoritmi:
- Tapşırıqları düşünüb paylaşdırma
- İşçiyə aydın şəkildə çatdırma
- Təkrarlama
- Aydınlaşdırma
- Zaman çərçivələrini təyin etmə
- Yazılı şəkildə çatdırma
- Tələbatlarını təyin etmə - şəxsi tələbatlarını yönləndirmə
- Dəstəkləmə (1 motivasiya)
- Xatırlatma
- Zamanında nəzarət edib – dəqiqləşdirmə
- Təkrar dəstəkləmə (2 motivasiya)
- Yekunlaşdırma barədə zamanında məlumat alma
- Yoxlama
- Yekun dəstəkləmə - mükafatlandırma (3 motivasiya)
İdarəetmə alqoritmi:
- Xidməti, malı detallı təhlil etmə
- Məqsədi təyin etmə
- Resursları dəqiqləşdirmə
- Müştəri qruplarını təyin etmə
- Müştərilərin tələbatlarını araşdırma
- Təklif keyslərini hazırlama
- Əlaqələrin saxlanılması
- Təqdimat
- Rəqiblərin təkliflərini araşdırma
- Üstünlük kriteriyalara diqqəti artırma
- Təklifləri alma
- Xidmətlərin zamanında yerinə yetirilməsi
- Müştərilərin yekun razılığını alma
- Növbəti tələbatlarını və təkliflərin alma
Təlimin keçirilmə üsulu: Rol oyunları, məlumat transferi, tətbiqlər, müzakirə və qrup çalışmaları.
Təlimin müddəti: 12 saat