PROFESSİONAL KOMMUNİKASİYA
Ünsiyyət bacarıqlarımız, həyatımıza hər tərəfdən təsir edir. İş həyatımızda, digər insanlarla olan qarşılıqlı münasibətdə və əlaqələrimizdə, ünsiyyət bacarıqları hər zaman çox mühümdür. Gözəl ünsiyyəti təmin edən bacarıqları inkişaf etdirmək və istifadə etmək üçün çalışmaq, məşq etmək lazımdır. Ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi təlimi, bu bacarıqların nə olduğunu izah edirək, bu bacarıqları inkişaf etdirmək üçün imkan yaradır. NLP ilə Ünsiyyət Proqramı iştirakçılara çox şey verir.
NLP (Neyro Linqvistik Proqramlaşdırma), beynin imkanlarını öyrənməklə yanaşı ondan səmərəli istifadəni də təmin edən elm və sənətdir. NLP ilə Ünsiyyət Proqramı çox effektivdir, hipnotik təsirə malikdir və mütləq fərq yaradır.
Proqramın məqsədi: İşçilərin və idarəetmənin bir-birlərini, əməkdaşları və müştəriləri daha yaxından tanımasını və doğru anlamasını və personalın öz aralarında daha şüurlu və doğru ünsiyyət qurmalarına təmin etmək, ünsiyyət zamanı yarana biləcək konfliktlərin qarşısını almaq və nəticə olaraq təşkilatdaxili məhsuldarlığı artırmaq.
Proqrama aşağıdakı modullar daxildir:
1.Qavrayış
NLP ünsiyyət modeli
Xəritə hipotezi
Cohari Pəncərəsi
Kalibrasiya
Müştəri tipləri
Meyar və meyari eyniliklər
Təmsil sistemləri
Differensial analiz
Meta proqramlar
2.Uyğunlaşma və güvən yaratma bacarıqları
Bədən dili
Məkan və məsafə faktorlarının əhəmiyyəti
Eyniləşmə, aynalama və bələdçilik texnikaları
Duyğusal Zəka
3.Yönləndirmə
Doğru sual vermə üsulları və güclü suallar
Göz siqnalları
Razısalma texnikaları
Nitqimizdəki ilkin hökmlər
Hipnotik dil qəlibləri və güclü cümlələr
Məcazlar
Etirazları dəf etmə
4.Şüuraltı inkişaf
“Həyat çarxı” analizi ilə özünə inamın ölçülməsi
“Lövbər atma” texnikası ilə lazımi əhvalın yaradılması
“Mükəmməllik dairəsi” texnikası ilə satış üçün beynin proqramlaşdırılması
“Yenidən çərçivələmə” texnikası
5.Peşəkar həyatda uğur
NLP ilə 4 ayaqlı uğur proqramı
6 səviyyəli dünya modeli
Öyrənmə prossesi
Kovey matriksi
Pareto nisbəti
Disney yaradıcılıq strategiyası
1.Davranışlarınızı analiz etmə bacarığınızı təkmilləşdirəcəksiniz.
2.Ünsiyyət tərzinizi formalaşdıracaqsınız.
3.Gözəl ünsiyyətə lazım olan güclü və məhdud tərəflərinizin fərqinə varmış
olacaqsınız.
4.Ünsiyyət pozuqluğu səbəbindən yaranan konfliktlərin qarşısını alacaqsınız.
5.Ünsiyyət çatışmazlığının səbəb olduğu nöqsanların, küsəyənliyin və
narahatlıqların qarşısını ala biləcəksiniz.
6.İnsanlarla necə ünsiyyət qurmaq lazım olduğunu daha ətraflı öyrənəcəksiniz.
7.Təşkilatdaxili fərdlərlə ünsiyyətdə olarkən etməniz və etməməniz lazım olanları öyrənəcəksiniz.
8.Personalın bir-birlərinin ünsiyyət tərzini öyrənmələri, bir-birlərini daha yaxşı tanımaları, daha yaxşı anlamaları və aralarında daha güclü ünsiyyət qurmaları təmin ediləcəkdir.
Hədəf kütlə:
- Ünsiyyət sahəsində özünü tanımaq və inkişaf etdirmək istəyənlər,
- İdarəetmə,
- İnsan resursları üzrə menecerlər,
- Bütün personal.
Proqramın Müddəti: 30 saat