Xidmətlər

LİDERLİK PROQRAMI

Sahib olduqları gücü ortaya çıxarmaq, həqiqi liderlikdir!

Erin Brokoviç

Lider; əlindəki gücü istifadə edə bilmə istəyinə bağlı olaraq, ətrafına təsir edən insandır. O, lazım olduqda aldığı çətin qərarların və nəticələrin arxasında dayanmağı bilir. Lider, insanın başqalarından aldığı biliklərlə bilikli ola bildiyini, ancaq yalnız öz ağlı ilə ağıllı ola bildiyini bilir. Bu səbəbdən o, ətrafı ilə məsləhətləşir ancaq son qərarı həmişə özü verir, şübhəsiz bütün məsuliyyəti üzərinə götürərək.

Fundamental yanaşma olaraq lider, ətrafında olan fərdlərə xitabət gücü, malik olduğu bilik və vizionu ilə təsir edib, təhrik edən bir sturuktura malikdir.

Seminarın məqsədi: Menecerlərin şəxsi keyfiyyətlərini, liderlik bacarıqlarını təkmilləşdirmək əsas məqsəddir. Bundan əlavə bu seminarda, idarəetmədə çalışanların malik olduqları bilik və bacarıqların səviyyəsini yüksəltmək, işgüzar və şəxsi ünsiyyət qabiliyyətlərini gücləndirmək, onların uğurlu nəticələr əldə etmələrinə kömək etmək hədəflənir.

Seminara daxildir:

  • Lider kimdir?
  • Liderlə rəhbərin fərqi
  • Liderlik bacarıqlarını təkmilləşdirməyə nə qədər ehtiyac var?
  • Bir lider nə edər?
  • Liderlərin ortaq xüsusiyyətləri
  • Motivasiya
  • Bir kollektivi necə motivləşdirmək olar?
  • Effektiv sual cavablama
  • Liderlik tərzi
  • Liderlik növləri
  • Problem və ziddiyyətləri həll etmə
  • Stress, qorxu və narahatlıqdan xilas olmaq
  • Daxili və xarici ünsiyyət
  • Qərara gəlmək, yoxsa seçmək ?
  • Sevgi və Məsuliyyət
  • Komanda işinin fəlsəfəsi
  • Zamandan səmərəli istifadə
  • Effektiv bir liderlik üçün qızıl qaydalar

Seminar nəticəsi olaraq: Seminarda iştirak edənlər, idarəetmə nəzəriyyələrini və müasir idarəetmə yanaşmalarını öyrənəcək, planlama, və koordinasiya üzrə biliklərini inkişaf etdirə biləcəklər, Motivasiya, effektiv ünsiyyət, liderlik və koçluq (coaching) anlayışlarını qavrayacaqlar, Problemlərin həlli, qərar vermə və təşəbbüs göstərmə bacarıqları azana biləcəklər, Qrup yaratma və komanda işi sahəsindəki bacarıqlarını təkmilləşdirə, zamanın məhsuldar istifadəsi, stressdən faydalanma texnikalarını həyata keçirə biləcəklər.

Hədəf kütlə: Ali idarəetmə, qrup liderləri, şöbə müdirləri, menecerlər və personal.

Təlim müddəti: 8 saat